"Oğlumun gələcəyi "Barselona"ya bağlıdır"

"Oğlumun gələcəyi "Barselona"ya bağlıdır"
XƏBƏR 23 Dekabr 2013 / 10:51 2003
-  A +

"Barselona"nın futbolçusu Lionel Messinin atası Xorxe Messi oğlunun Kataloniya klubundan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.

Qol.Az-ın İspan mətbuatına istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edərək Messinin heç yerə getməyəcəyini deyib:

"Oğlumun gələcəyi "Barselona"ya bağlıdır. Heç kimsənin Messinin "Barsa"ya qarşı olan düşüncələrindən şübhəsi olmasın. Onun rəhbərliklə də heç bir problemi yoxdur".

 


Son xəbərlər