İtaliya baş nazirindən Balotelliyə dəstək

İtaliya baş nazirindən Balotelliyə dəstək
XƏBƏR 22 Dekabr 2013 / 16:32 1996
-  A +

İtaliyanın baş naziri Enriko Letta "Milan"ın hücumçusu Mario Balotelli haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə,  o, Balotellini "Dç-2014"-də İtaliya milli komandasının ümidi adlandırıb.

"La Qazetta"ya açıqlama verən baş nazir hücumçuya bəzi məsləhətlər də verib: "Ona demək istəyirəm ki, etdiyi hərəkətləri uşaqlar görür və təqlid etməyə çalışır. Xüsusilə hakimlərə qarşı hərəkətlərinə fikir verməlidir".  

Baş nazir A seriyasında bəyəndiyi digər futbolçuların adlarını da açıqlayıb. Bunlar "İnter"in kapitanı Xavyer Zanetti və "Milan"ın braziliyalı ulduzu Kakadır.


Son xəbərlər