İspaniya La Liqasında 17-ci turun ikinci oyun günündən sonra bombardirlər siyahısında vəziyyət dəyişib.
Qol.Az-ın məlumatına görə, "Levante" ilə görüşdə (3:2) dubl edən "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta vahid liderliyi ələ keçirib.
Bu tura qədər 17 qolla "Real"ın hücumçusu Kriştiano Ronaldo ilə liderliyi bölüşən braziliyalı futbolçu son oyunda daha iki dəfə fərqlənməklə bütün rəqiblərini geridə qoyub.
La Liqada 17 turdan sonra aktivində 19 qol olan D.Kosta bombardirlər siyahısına başçılıq edir. Ronaldo isə 17 qolla ikinci pillədə qərarlaşıb. Lakin Ronaldo bu axşam "Valensiya" ilə baş tutacaq görüşdə het-trik edəcəyi halda bombardirlik yarışında zirvəni ələ keçirəcək. "Real Sosyedad" klubunun futbolçusu Antoine Qriezman 11 qolla üçüncü, "Barselona"nın ulduzu Lionel Messi isə 8 qolla 5-ci olub.
Qeyd edək ki, "Valensiya" - "Real" oyunu bu axşam, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər