Subaşiç oynadı, komandası məğlub oldu

Subaşiç oynadı, komandası məğlub oldu
XƏBƏR 21 Dekabr 2013 / 20:52 1625
-  A +

Türkiyənin birinci divizionunda 18-ci turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə azərbaycanlı futbolçu Branimir Subaşiçin şərəfini qoruduğu "Orduspor" "Ankaraspor"un qonağı olub.  Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb- 4:0.

Bununla da Ordu təmsilçisi səfərdən ilk dəfə xalsız geri dönüb. Aktivində 33 xal olan komanda hazırda 3 pillədədir

Qeyd edək ki, sözügedən qarşılaşmada B.Subaşiç start heyətdə yer alıb və oyunun sonuna kimi əvəzlənməyib.


Son xəbərlər