Mourinyo: "Qalatasaray"la qarşılaşacağımız üçün sevinirəm"

Mourinyo: "Qalatasaray"la qarşılaşacağımız üçün sevinirəm"
XƏBƏR 21 Dekabr 2013 / 20:30 2691
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalındakı rəqibi "Qalatasaray" haqda danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis rəqibin çox güclü komanda olduğunu deyib: "Qalatasaray"la qarşılaşacağımız üçün sevinirəm. Çünki Droqba bu püşk sayəsində yenidən İngiltərəyə gələcək. Ancaq İstanbul klubu heç də zəif rəqib deyil".

Mourinyo həmçinin Roberto Mançinin çalışdırdığı yoxsa Fatih Terimin baş məşqçilik etdiyi "Qalatasaray"ın güclü olduğu barədə sualı da cavablandırıb: " Hər ikisi yaxşı çalışdırıcısıdır. Hansının "Qalatasaray"ın başında olduğu mənim üçün fərq etməz".


Son xəbərlər