Arda Turan: "Əvvəl idealım Əmrə idi, indi isə..."

Arda Turan: "Əvvəl idealım Əmrə idi, indi isə..."
XƏBƏR 21 Dekabr 2013 / 18:27 3368
-  A +

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, türkiyəli futbolçu hazırki kumirinin "Barselona"lı Andres İniyesta olduğunu bildirib:

"Uşaqlıqda mütəmadi olaraq məhəllədə futbol oynayırdım. Yetkinlik çağında belə bu oyunlara davam edirdim. Türkiyədəki futbol İspaniyaya bənzəmir.
 
Peşəkar futbola başladıqda Hacinin oyunlarını yaxından izləyirdim. "Qalatasaray"da oynadığım vaxtlarda idealım Əmrə Bələzoğlu idi. İndi isə "Barselona"nın futbolçusu İniyestadır".


Son xəbərlər