Topaz Premyer Liqanın 2013/14 mövsümündə 200-cü qol vurulub.
Qol.Az-ın məlumatına görə, yubiley topunun müəllifi AZAL-ın oyunçusu Con Oluremi olub.
18-ci turun “Neftçi” ilə ev oyununda hesabı açan futbolçu mövsümün 200-cü qolunu vurub. Belə ki, ilin son turu ərəfəsində çempionatın 85 qarşılaşmasında 196 qol vurulmuşdu. Son oyun gününün 4-cü qolu yubiley xarakteri daşımalı idi. “Neftçi” ilə görüşün 19-cu dəqiqəsində fərqlənən Con da bu yubiley qolunun müəllifi adını qazanıb.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun hesabındadır. Conun komanda yoldaşı 9-cu turun “Simurq”la ev oyununda hesabı açmaqla fərqlənmişdi.
Başa çatan ilk 2 dövrədə isə ümumilikdə 213 qol qeydə alınıb. Baş tutan 90 qarşılaşmada orta məhsuldarlıq 2,37-yə bərabər olub. 1-ci dövrənin 45 matçında bu rəqəm 2,33-ə, 2-ci dövrədə isə 2,40-a bərabərdir. Dövrələr üzrə müvafiq olaraq 105 və 108 top vurulub.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər