Valdes: "Hələlik qərarımı verməmişəm"

Valdes: "Hələlik qərarımı verməmişəm"
XƏBƏR 21 Dekabr 2013 / 10:07 1784
-  A +

"Barselona"nın qapıçısı Viktor Valdes gələcək karyerası haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, mövsümün sonunda Kataloniya klubundan ayrılacağı gözlənilən ispan qolkiper hara transfer olunacağını bilmədiyini deyib:
 
"Artıq harada oynayacağımı müəyyənləşdirməliyəm. Ancaq hələlik qərar verməmişəm. "Barselona"ya hörmət edərək buradan ayrılmaq istəyirəm. Ona görə mövsümün sonuna qədər bu haqda danışmayacam". Qeyd edək ki, Valdeslə yay transferi pəncərəsindən indiyə kimi "Monako" maraqlanır.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner