"Böyük beşlik"də ən çox qol vuran futbolçular

"Böyük beşlik"də ən çox qol vuran futbolçular
XƏBƏR 20 Dekabr 2013 / 21:32 4050
-  A +

Avropanın beş əsas liqasında (Premyer Liqa, bundesliqa, A seriyası, Fransa Liqası) bu mövsüm ən çox qol vuran 10 futbolçunun adı məlum olub.

Qol.Az-ın məlumatına görə, mövsümün sonuna qədər ən çox fərqlənən oyunçuya verilən "Qızıl ayaqaabı" uğrunda hazırda əsas mübarizə üç hücumçu arasında gedir. Bunlar "Liverpul"dan Luis Suarez, "Real"dan (Madrid) Kriştiano Ronaldo və "Atletiko"dan (Madrid) Dieqo Kostadır. Hər üç oyunçunun aktivində 17 qol var. Ancaq uruqvaylı futbolçu daha az vaxtda fərqləndiyi üçün  siyahının ilk pilləsində qərarlaşıb.

Mövsümün ən çox qol vuran 10 futbolçusu aşağıda adları qeyd olunanlardır.

1. Luis Suarez ("Liverpul") -17 qol
2. Kriştiano Ronaldo ("Real" Madrid) - 17 qol
3. Dieqo Kosta ("Atletiko" Madrid) - 17 qol
4. Zlatan İbrahimoviç (PSJ) - 14 qol
5. Rossi ("Fiorentina" - 14 qol
6. Serxio Aquero ("Mançester Siti") - 13 qol
7. Edinson Kavani (PSJ) - 13 qol
8.Robert Levandovski ("Borussiya" Dortmund) - 11 qol
9. Karlos Tevez ("Yuventus") - 10 qol
10.Mario Mandçukiç ("Bavariya") - 10 qol

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner