"Komandamın oyunu haqqında nəsə demək çətindir. Futbol adına heç nə olmadı, “Simurq” layiqli qələbə qazandı. Komanda verilən tapşırıqları yerinə yetirmədi. Acınacaqlı haldayıq. Qış fasiləsində mütləq güclənməlyik. Hər bir mövqedə oyunçuya ehtiyac var. Bu heyətlə ciddi uğura nail olmaq olmaz. Komanda uğur qazanmaq istəyirsə irəli baxmalıdır".
Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, "Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 18-ci turunda "Simurq"la oyundan (0:3) sonra deyib.
O bildirib ki, rəqib hər bir cəhətdən onlardan üstün oyun nümayiş etdirib: "Uduzmağı bacarmaq lazımdır. Hakimlərin qərarını müzakirə etmək istəmirəm. Bəla bizim komandanın oyunundadır. Komandam sanki donmuş futbolçulardan ibarətdir. Oyunumuzda nə fikir, nə də hərəkət var idi”.
Təcrübəli mütəxəssis komandasının qış planı haqda da danışıb: "Artıq qış planımız hazırdır. Yanvarın 5-də Bakıda toplaşıb, 8 günlük hazırlıqdan sonra Antalyaya yollanacağıq. Türkiyədə 4 yoxlama oyunu keçirəcəyik. Bugünkü oyun zəif nöqtələrimizi tam göstərdi. 6-7 mövqeyə yeni oyunçular transfer olunmalıdır. Komandanın heyətində dəyişikliklər qaçılmazdır".
"Qarabağ"ın potensial rəqiblərinin oyununda darmadağın
Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”
Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurdu - Video
"Qarabağ" - SSKA oyunu heç-heçə yekunlaşdı
"Zirə" "Payde"yə uduzdu
"Milan"ın Modriç qərarı - Rəsmi
"Liverpul"la yeni müqavilə imzaladı
Qvardiolanın təyinatına maaş əngəli
Qurban Qurbanov onu bağışladı
"Payde" - "Zirə": Heyətlər açıqlandı
“Qarabağ” SSKA ilə oyuna bu heyətlə çıxır
"Çelsi"nin hücumçusu "Aston Villa"da - Rəsmi
Azərbaycan millisinin heyəti açqlandı
Luis Enrike PSJ ilə yeni müqavilə imzaladı
"Brügge"dən "Arsenal"a
Azərbaycan Premyer Liqasında mövsümün tam təqvimi
"Barselona" Adeyeminin transferini açıqladı
"Araz-Naxçıvan" sabiq "Neftçi"lini transfer etdi
"Şəfa"da niderlandlı futbolçu
Afrika Millətlər Kubokunda əhəmiyyətli dəyişikliklər
"Real"ın yeni səfər formaları - Şəkillər
Avropada 10-cu qol
Messi DÇ-2026-nın ən yaxşısı seçildi
Ən çox təzminat bu klublara ödəniləcək - DÇ-2026-ya görə
Yamal və Haalanddan rekord
"Çelsi"dən yeni transfer
Argentinalı azarkeşləri aparan avtobus atəşə tutuldu
"Braqa"dan qələbə, "Başakşehir"dən heç-heçə
ÇL-də 2-ci mərhələnin ilk oyunlarına yekun vuruldu