Aqil Məmmədov: "Bacardığımız budur"

Aqil Məmmədov: "Bacardığımız budur"
XƏBƏR 20 Dekabr 2013 / 18:01 1593
-  A +

“Heyətimizdə zədəli və cəzalı futbolçuların olmasına baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı, maraqlı oyun alındı. Xüsusən ikinci hissədə açıq futbol getdi".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov "Xəzər Lənkəran"la oyundan (3:4) sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis məğlubiyyətin səbəbləri haqda danışıb, bildirib ki, futbolçularının çıxışından razı qalıb: "İlk hissədə müdafiədəki kobud səhvlər oyunun nəticəsini müəyyən etdi. Hesab qane etməsə də, komandanın oyunundan razı qaldım. Bacardığımız bu qədərdir”.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner