Messi: "Onun futboldan anlayışı yoxdur"

Messi: "Onun futboldan anlayışı yoxdur"
XƏBƏR 20 Dekabr 2013 / 14:27 4564
-  A +

"Barselona"nın hücumçusu Lionel Messi klubun vitse-prezidenti Xavyer Fausun onun haqda dediklərinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Messi maaşının artırılması ilə bağlı rəhbərliklə heç bir danışıq aparmadığını deyib:

"Cənab Fausun futboldan anlayışı yoxdur. O, "Barselona"ya rəhbərlik etmək istəyir. Ancaq bu mümkün deyil. "Barsa" dünyanın ən yaxşı klubudur və bu komandanı yüksək səviyyəli funksionerlər idarə etməlidir. Demək istəyirəm ki, maaşımın artırılması ilə bağlı rəhbərliklə heç bir danışığım olmayıb".

Qeyd edək ki, Faus daha öncə verdiyi açıqlamasında "Barselona"nın maaşının artırılmasını tələb edən Messiyə yeni müqavilə təklif etməyəcəyini bildirmişdi.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner