Braziliyanın Araponqas şəhərində keçirilən "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edən "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yarış çərçivəsində üçüncü matçını keçirib.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, qrup mərhələsinin ilk iki oyununda məğlub olan ("Laranya Mekanika" 0:3, "Palmeyras" 0:1) "qırmızı-qaralar" üçüncü görüşdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" kollektivi ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra qrupda 3-cü pilləni tutan "qırmızı-qaralar" 5-ci yer uğrunda oynamaq hüququ qazanıb. Sözügedən matçda "Qəbələ" Mərakeş təmsilçisi "Mohamad IV" ilə üz-üzə gələcək.
Matçın ardından turnir çərçivəsində seminar baş tutub. Seminarda "Qəbələ" Furtbol Akademiyasının direktoru Stenli Brard, "Mohamad IV" akademiyasının fransız məşqçisi Tomas Pavilyon və "Kuritiba"təmsilçisi Mario Andre Mazukko çıxış edib.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər