"Atletiko"nun Almeyda israrı davam edir

"Atletiko"nun Almeyda israrı davam edir
XƏBƏR 19 Dekabr 2013 / 17:55 2127
-  A +

"Atletiko" (Madrid) klubu "Beşiktaş"ın hücumçusu Hüqo Almeydanı transfer etməkdə israrlıdır.

Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisi portuqaliyalı futbolçunun transferi ilə bağlı yenidən "Beşiktaş"a müraciət edib.

"Atletiko" Almeydanın keçidi üçün 3 milyon avrosundan keçməyə hazırdır. İstanbul təmsilçisi də 29 yaşlı futbolçunu komandada saxlamağı planlaşdırır. Lakin Almeydanın komandası ilə müqavilə yeniləmək istəmədiyi və mövsümün sonunda "Beşiktaş"dan gedəcəyi bildirilir.

Qeyd edək ki, 2011-ci ildən "Beşiktaş"ın formasını geyinən Almeyda keçirdiyi 71 oyunda 34 dəfə rəqib qapılarına yol tapıb.

 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner