Aryen Robben: "Qızıl top"u Ronaldo qazanacaq"

Aryen Robben: "Qızıl top"u Ronaldo qazanacaq"
XƏBƏR 18 Dekabr 2013 / 23:04 1981
-  A +

"Bavariya"nın futbolçusu Aryen Robben "Qızıl top"a layiq gördüyü oyunçunun adını açıqlayıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı ulduz builki mükafatı komanda yoldaşı Frank Riberiyə deyil, Kriştiano Ronaldonun qazanacağını deyib:

"Əsas favoritlərin Lionel Messi və Ronaldo olduğu bildirilir. Riberi də bu il onlara əsl rəqib oldu. Məncə, bu mükafatı Ronaldo qazanacaq. Çünki o, buna layiqdir".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner