Topaz Premyer Liqasının XVIII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Belə ki, təcrübəli mütəxəssis Azərbaycan çempionatında 200-cü dəfə baş məşqçi kimi komandasını meydana çıxaracaq. “İnter”lə dekabrın 20-də baş tutacaq oyuna qədər 199 qarşılaşmada iş başında olan Qurbanov buna 2 klubda nail olub. 2006/07 və 2007/08 mövsümlərində “Neftçi”yə rəhbərlik edən 41 yaşlı çalışdırıcı 6 mövsümdür “Qarabağ”a rəhbərlik edir. Bu matçlarda onun yetirmələri 104 qələbə qazanıb, 55 heç-heçə edib və yalnız 40 dəfə uduzub.
Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı “Neftçi” öz meydanında “Gənclərbirliyi”ni darmadağın edib – 6:1. 2010-cu il noyabrın 11-də AZAL-la oyundakı 0:2 hesablı məğlubiyyət isə mütəxəssis üçün 100-cü olub.
Qeyd edək ki, Qurbanov Azərbaycan çempionatlarının 21 illik tarixində (1992-2013) ən azı 200 oyun keçirən 7-ci mütəxəssisdir. Bu siyahıya Qəhrəman Əliyev başçılıq edir – 381 matç. Ondan başqa, Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Kazbek Tuayev, Mehman Allahverdiyev və Vaqif Sadıqov da 200 oyun səddini arxada qoymağı bacarıb.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər