2013-cü ilin yekunlarına əsasən İdman Araşdrımalar Mərkəzinin (İAM) idman jurnalistləri arasında keçirdiyi sorğunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, “İlin qalibləri” layihəsi çərçivəsində baş tutan tədbirə idman ictimiayyətinin aparıcı nümayəndələri və çoxsaylı KİV əməkdaşı qatılıb.
Mərasimin sponsoru “Azəridmanservis” Dövlət Müəssisəsi, təşkilati dəstəkçisi isə “APA Holdinq” olub. Tədbirdə Mərkəzin sədri, Lent.az-ın əməkdaşı Elşən Məmmədov qeyd edib ki, İAM Azərbaycanda olimpiya hərəkatı və idmanın inkişafına dəstək məqsədi ilə yaradılıb: “Bir ildən çoxdur ki, fəaliyyət göstərməyinə baxmayaraq, təşkilatımız bir sıra maraqlı ideya və təkliflərlə çıxış edib, idman şərhçiləri üçün treninq keçirib və digər layihələrə imza atıb”.
E. Məmmədov bildirib ki, İAM bu ilin yekunlarına əsasən 7 nominasiyalar üzrə sorğu keçirib: “Sorğumuza 34 KİV-i təmisil edən idman jurnalistləri qatılıb. Qaliblər jurnalistlərin seçiminə əsasən, müəyyənləşdrilib”.
Mərkəz sədri onu da vurğulayıb ki, bu sorğu ənənəvi olaraq təşkil olunacaq: “Bundan başqa, digər layihələrin də həyata keçirilməsini nəzərdə tutmuşuq”.
Daha sonra qaliblər mükafatlandırılıb:
İilin idman xadimi nominasiyası üzrə: “Bakı” futbol kulubunun prezidenti Hafiz Məmmədov;
İlin idmançısı nominasiyası üzrə: cüdoçu Elxan Məmmədov;
İlin futbolçusu nominasiyası üzrə: Azərbaycan yığma komandasının və “Bakı” futbol klubunun qapıçısı: Kamran Ağayev;
İlin legioneri nominasiyası üzrə: Ağdamın “Qarabağ” futbol komandasının yarımmüdafiəçisi Reynaldo Da Silva;
İlin komandası nominasiyası üzrə: Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandası;
İlin baş məşqçisi nominasiyası üzrə: “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov, İlin idman jurnalisti nominasiyası üzrə: ATV-in əməkdaşı Sənan Şəfizadə, “apasport.az” sayıtının baş direktoru İxtiyar Əsgərov.
Qaliblərə mükafatları Bəhram Bağırzadə, Ceyhun Məmmədov, Ramin Musayev, Oqtay Abdullayev, Elçin Cəfərov, Xəzər İsayev və Yaşar Məmmədov kimi tanınmış simalar təqdim ediblər. Onlar çıxışlarında İAM-ın bu addımını yüksək qiymətləndiriblər. Y.Məmmədov bildirib ki, digər qurumlar sorğu keçirdikdə seçiləni bəzən “Kiminsə adamı” adlandırırlar. Bu sorğu isə jurnalistlər arasında keçirildiyindən, tam obyektiv olub.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərli 12 il öncə ilin jurnalisti seçildiyini xatırladaraq, jurnalistlərin seçiminin obyektivliyi ilə fərqləndiyini vurğulayıb. O, “İlin idmançısı” adına layiq görülmüş Elxan Məmmədovun bu il dünya çempionu və bir sıra nüfuzlu yarışların qalibi olduğunu qeyd edib və cüdoçumuzu bu ada layiq sayıb. Kələntərli sorğunu təşkil etdiyi üçün İAM-a təşəkkür etməyi də unutmayıb.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər