Kubok "döyüşləri"

Kubok "döyüşləri"
XƏBƏR 18 Dekabr 2013 / 17:40 2203
-  A +

Futbol üzrə Çempionlar Liqasında fasilə yaransa da, proqnoz həvəskarları bu çərşənbədə də darıxmayacaq. Azərbaycanın yeganə və leqal virtual mərc oyunları dileri olan www.etopaz.az saytında bu gün də mərc etmək üçün yetərincə matç var.

www.etopaz.az saytının proqramında Yunanıstan, Rumınıya və Avstriyada keçiriləcək çempionat görüşləriylə yanaşı, Türkiyə, Xorvatiya, Belçika, İngiltərə, Hollandiya, Fransa, İspaniya və İtaliyada baş tutacaq kubok oyunları da yer alıb. Daha çox maraq doğuran kubok qarşılaşmalarından 4-nə www.etopaz.az saytında "tək oyun" olaraq mərc edə bilərsiniz. "Tək oyunlar"dan ilk olaraq saat 20-də "Lion"-"Reyms" dueli başlayacaq. Fransa Liqa Kubokunda hər mərhələnin qalibi bir oyunla müəyyənləşndən axşamkı görüş də həlledici xarakter daşıyır.

Çempionatda uğursuz çıxışla azarkeşlərini üzən "Lion" bu gün qalib gələrək Liqa Kubokunun 14 finalına yüksəlmək əzmindədir. Amma "Reyms" də "asan yem" deyil. "Lion" bu komandayla 2013-cü ildə 2 dəfə qarşılaşıb və hər ikisində 0:1 hesabıyla məğlub olub. Deməli, bu oyuna mərc edərkən yaxşıca düşünmək lazımdır. Qarşılaşmanın www.etopaz.az saytındakı əmsalları belədir: "Lion"un qələbəsi 1.5, heç-heçə 3.5, "Reyms"in qələbəsi 5.0.

Saat 22:30-da daha bir "tək oyun" başlayacaq. Türkiyə Kubokunun 18 final mərhələsində "Bucaspor" "Antalyaspor"u qəbul edəcək. 2 il əvvəl "Bucaspor" superliqada oynayarkən bu komandalar 2 dəfə qarşılaşıb və antalyalılar həmin matçların heç birində qalib gələ bilməyib. Bununla belə, www.etopaz.az səfərdə oynamasına baxmayaraq axşamkı görüşdə superliqa təmsilçisinə nisbi üstünlük verib: "Bucaspor"un qələbəsi 2.75, heç-heçə 3.1, "Antalyaspor"un qələbəsi 2.15.

Tək mərc edə biləcəyiniz daha iki oyun isə eyni vaxtda - saat 23:55-də başlayacaq. Fransa Liqa Kubokunun 18 final mərhələsində "Pari Sen Jermen" "Sent Etyen"i, "Renn" klubu isə "Bordo"nu qəbul edəcək. Liqa 1-də və Çempionlar Liqasında uğurla yoluna davam edən PSJ-nin kubok mübarizəsinə nə dərəcədə önəm verəcəyini deyə bilmərik. Rəqibin şanlı keçmişə malik, ölkənin ən titullu klublarından biri "Sent Etyen" olması da bukmeker kontorlarının əmsal seçiminə ciddi təsir göstərməyib. Halbuki parislilər artıq 4 oyundur "Sent Etyen"ə qaıib gələ bilmir.

www.etopaz.az iddialı PSJ-ni qarşılaşmanın aşkar favoriti sayır: "Pari Sen Jermen"in qələbəsi 1.38, heç-heçə 3.8, "Sent Etyen"in qələbəsi 6.5. Bu oyundan fərqli olaraq "Renn"-"Bordo" duelində əmsallar arasında bu qədər kəskin fərq yoxdur. Avroliqada mübarizəni dayandıran "Bordo" Liqa-1-də də ugursuz çıxış edir. Məhz bu üzdən "Renn" matçın favoriti sayılır. Amma bordolulardan bu görüşdə sürpriz gözləməyə dəyər. Nəzərə alaq ki, "Renn" bu rəqiblə son 4 dueldən üçündə uduzub. Əmsallar: "Renn"in qələbəsi 2.2, heç-heçə 3.1, "Bordo"nun qələbəsi 2.7.

Kubok həyəcanına www.etopaz.az ilə "rəng qatın", qələbənin və qazanmağın sevincini bizmlə yaşayın. Unutmayın ki, www.etopaz.az saytında hər həyəcan dolu 90 dəqiqənin sonunda bir qazanmaq sevinci var.Bu sevinci siz də yaşaya bilərsiz.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır