Güləş üzrə çəki dərəcələri dəyişdirildi

Güləş üzrə çəki dərəcələri dəyişdirildi
XƏBƏR 18 Dekabr 2013 / 12:22 1559
-  A +

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün çəki dərəcələrini bəyan edib.

Lent.az-ın məlumatına görə, əvvəlki olimpiadalarda sərbəst, yunan-Roma və qadın güləşi üçün mövcud olan 18 dəst medal saxlanılsa da, hər növ üzrə onların sayı bərabərləşdirilib.
 
Yəni, artıq sərbəst və yunan-Roma güləşçiləri hərəyə 7, qadın güləşçilər isə 4 yox, bütün növlər üzrə hərəyə 6 çəki dərəcəsində təmsil olunacaqlar. Digər tərəfdən, sərbəst güləşçilər 57, 65, 74, 86, 97 və 125 kq, yunan-Roma güləşçiləri 59, 66, 75, 85, 98, 130 kq, qadın güləşçilər isə 48, 53, 58, 63, 69, 75 kq çəkidə mübarizə aparacaqlar.
 
Qeyd edək ki, əvvəllər sərbəst və yunan-Roma güləşçiləri 55, 60, 66, 74, 84, 96 və 120 kq, qadın güləşçilər isə 48, 55, 63 və 72 kq çəki dəcərələrində yarışırdılar.
 
Yeni qaydalar 2014-cü ildən qüvvəyə minəcək. Dünya çempionatlarında və qitəmiqyaslı turnirlərdə kişi sərbəst güləşçilər 61 və 70 kq, yunan-Roma güləşçiləri 71 və 80 kq, qadın güləşində isə 55 və 60 kq çəki dərəcələrində də çıxış edəcəklər.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır