"Bavariya" dünya çempionatının finalında

"Bavariya" dünya çempionatının finalında
XƏBƏR 18 Dekabr 2013 / 10:51 2012
-  A +

Klublararası dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə "Quançjou Everqrand" və "Bavariya" komandaları üz-üzə gəlib. 

Görüş Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Pep Qvariolanın komandası finala yüksəlib.

Qarşılaşmada qolları Frank Riberi, Mario Mandzukiç və Mario Qötze vurub.

Qeyd edək ki, yarımfinalın son oyunu "Kasablanka" və "Atletiko Mineyro" komandaları arasında oynanılacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner