"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaq "Zenit" - "Borussiya" (Dortmund) cütünün şanslarını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatına müsahibə verən təcrübəli mütəxəssis hər iki komandanın şanslarının bərabər olduğunu deyib:
- "Borussiya" ilə baş tutacaq hər iki oyunda "Zenit" hansı strategiya ilə oynamalıdır?
- "Zenit" hazırda fasilədədir. Daha sonra təlim-məşq toplanışı başlayacaq. Hər şey "Zenit"in bu oyunlara hazırlıq prosesindən asılı olacaq. Ancaq evdə top buraxmadan qalib gəlmək hər zaman yaxşı nəticədir.
- "Lokomotiv"i çalışdırarkən Dortmunda səfər etmişdiniz. Həmin səfərdən hansı təəssüratlarınız qalıb?
- Həmin oyunda 0:3 hesabı ilə məğlub olmuşduq. Stadionda atmosfer möhtəşəm idi. "Borussiya"nın stadionu hər zaman azarkeşlərlə dolu olur. Onlar Avropada ən yaxşı azarkeşləridir. Çünki onlar qonaq komandaya güclü təzyiq göstərə bilirlər.
- Ümumilikdə iki komandanın mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz?
- Ümumilikdə şansları bərabər görürəm. Ancaq düşünürəm ki, "Borussiya" "Zenit"i məğlub edib, daha da irəliləyəcək.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər