Topaz Premyer Liqasının 17-ci turunun statistik məlumatları açıqlanıb.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən tur paytaxtın “İnter” klubu topa sahib olmada digərlərindən üstün olub – 38 dəqiqə (58%).
Sürətli hücumlarda isə “Xəzər Lənkəran” və “Bakı” klubları fərqlənib. 17-ci turda AZAL-ı 3:0 hesabı ilə məğlub edən Zaqatalanın “Simurq” klubu isə bir neçə göstəriciyə görə ilk pillədədir. Əyalət təmsilçisi hücumların sayına, qapıya zərbələrə, dəqiq ötümələrə, sürətli ötürmələrə, künc zərbələrinə, uğurlu hava mübarizələrinə və aldadıcı hərəkətlərə görə digər komandaları üstələyib. “Qəbələ” futbolçuları bu tur 5 dəfə oyundan kənar vəziyyətə düşüb. Rəqibdən top almaqda “Bakı”, ötürmələrin qarşısını almaqda isə “Qəbələ” futbolçuları fərqlənib. AZAL tur ərzində ən çox qayda pozuntusuna yol verən komandadır.
Hamıdan çox qapıya zərbə endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına dəqiq ötürmə verən isə Slavço Georgiyevskidir (İnter). Hava mübarizələrində “Simurq”un hücumçusu Draqan Çeran rəqiblərindən üstün olub. “Qarabağ”lı Bədavi Hüseynov rəqibdən top almaqda uğurlu olub – oyun ərzində 10 dəfə. Ən çox qayda pozuntusuna yol verən Aleksandr Şemonayev (AZAL), qayda pozuntusuna məruz qalan isə komanda yoldaşı Qərib İbrahimovdur. “Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduelli rəqib ötürmələrinin qarşısını almaqda digərlərini qabaqlayıb.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər