Azərbaycanlı futbolçular İspaniya U-15 liqasında debüt ediblər.
Qol.Az-ın “Bakı” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Madriddə “Atletiko”nun heyətində uzun müddətli təlim keçən 5 futbolçu İspaniya klubunun heyətində meydana çıxıblar.
Belə ki, “Atletiko” – “Real” (Palomera) qarşılaşmasında Cavid Mikayıllı, Rahil Əliyev, Qəlbinur Adıgözəlli və Asim Abdullazadə start heyətində yer alıb və kifayət qədər inamlı təsir bağışlayıblar.
İkinci hissədə 5-ci azərbaycanlı Ruslan Süleymanov da oyuna qoşulub. Oyun isə “Atletiko”nun böyük üstünlüyü şəraitində keçib. Madrid klubu rəqibinə 19:0 hesabı ilə qalib gəlib. Qəlbinur Adıgözəlli 5, Ruslan Süleymanov isə 2 dəfə fərqlənib.
Qeyd edək ki, bu görüşü Madriddə təlim-məşq toplanışını davam etdirən “Bakı”nın U-14 komandası da tribunadan izləyib.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər