İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri” layihəsi çərçivəsində keçirdiyi sorğuya yekun vurulub. 7 nominasiya üzrə 2013-cü ilin ən yaxşılarının seçimi məqsədilə sorğuya Azərbaycanın 34 KİV-ini təmsil edən idman jurnalistləri qatılıblar.
Onlar seçimlərində hər nominasiya üzrə 1-i olmaqla, ən yaxşı saydıqlarının adlarını göstəriblər. Səsvermənin yekununda “İlin əcnəbi futbolçusu” nominasiyasında Ağdamın “Qarabağ” futbol komandasının yarımmüdafiəçisi Reynaldo Dos Santos Silva aşkar üstünlüklə fərqlənib. “Bakı” klubunun prezidenti Hafiz Məmmədov “İlin idman xadimi”, şahmat üzrə Azərbaycanın kişilərdən ibarət millisi “İlin komandası”, “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov “İlin baş məşqçisi” nominasiyasında ən yaxın izləyicilərini böyük fərqlə qabaqlayıb.
Qalan 3 sorğu üzrə səsvermədə gərgin rəqabət yaşanıb. Yekunda “İlin futbolçusu” nominasiyasında “Bakı” klubunun qapıçısı Kamran Ağayev, “İlin idmançısı” nominasiyasında cüdo üzrə dünya çempionu Elxan Məmmədov qalib olub. “İlin idman jurnalisti” nominasiyasında isə “Azad Azərbaycan” telekanalının idman şərhçisi Sənan Şəfizadə və “apasport.az” saytının baş direktoru İxtiyar Əsgərov hamıdan çox səs toplayıb. Nəticədə hər iki həmkarımız qalib elan olunub:
1. İlin idman xadimi – Hafiz Məmmədov (“Bakı” klubunun prezidenti)
2. İlin idmançısı – Elxan Məmmədov (cüdo)
3. İlin futbolçusu – Kamran Ağayev (“Bakı”)
4. İlin əcnəbi futbolçusu – Reynaldo Silva (“Qarabağ”)
5. İlin komandası – Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi
6. İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)
7. İlin idman jurnalisti – Sənan Şəfizadə (ATV), İxtiyar Əsgərov (apasport.az).
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi