"Qarabağ" ilin son oyununa tam heyətlə hazırlaşır

"Qarabağ" ilin son oyununa tam heyətlə hazırlaşır
XƏBƏR 16 Dekabr 2013 / 17:17 1733
-  A +

Topaz Premyer Liqanın XVIII turunda "İnter"i qəbul edəcək "Qarabağ" klubu bu oyunun hazırlıqlarına başlayıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda dünən "Bakı" ilə görüşdən sonra bu gün mərkəzi arenada məşqə çıxıb.

Sonuncu qarşılaşmada müxtəlif səbəblərdən iştirak etməyən Rəşad Sadıqov, Riçard Almeyda və Reynaldo da komandanın hazırlığında iştirak ediblər.

Qeyd edək ki, "Qarabağ" - "İnter" qarşılaşması cümə günü, dekabrın 20-də saat 17:00-da keçiriləcək.

Son xəbərlər
topaz banner