Berti Foqts yeni müqavilədən danışdı

Berti Foqts yeni müqavilədən danışdı
XƏBƏR 16 Dekabr 2013 / 14:17 3071
-  A +


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XVII turunun “Bakı” – “Qarabağ” matçını izləyib. Almaniyalı mütəxəssis oyundan sonra Lent.az-a açıqlamasında oyunun ikinci hissəsindən razı qaldığını bildirib.
 
O, hər iki komandadakı millimizin oyunçularından “Bakı”nın hücumçusu Rauf Əliyevi fərqləndirib: “Əliyev ilk qolun ötürməsini verdi və ikinci qolu vurdu”.
 
Foqtsun AFFA ilə hazırkı müqaviləsi dekabrın 31-də başa çatır. AFFA İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclasında onunla müqavilənin daha 2 il müddətinə uzadılacağı gözlənilir. Lakin 67 yaşlı mütəxəssis bu məsələnin hələ rəsmiləşmədiyini açıqlayıb: “Yox, hələ növbəti müddətə də baş məşqçi olacağımı deyə bilmərəm. Bura gəlməyimdə məqsəd dekabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi üçün Azərbaycan yığmasının ən yaxşı futbolçusunu seçməkdən ibarət idi”.
 
Lakin baş məşqçi konkret hansı futbolçuya səs verəcəyini açıqlamayıb.

Son xəbərlər
topaz banner