Fatih Terim "Qızıl top" üçün seçimini etdi

Fatih Terim "Qızıl top" üçün seçimini etdi
XƏBƏR 16 Dekabr 2013 / 13:07 3260
-  A +

Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatı üçün seçimini edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, birinci yerə Kriştiano Ronaldonu layiq görüb: "Ronaldo bu mövsüm göstərdiyi oyunla hər kəsi qabaqladı. Bu səbəbdən ilk seçimim o oldu. Məncə, builki mükafat Ronaldonun olacaq".


Təcrübəli mütəxəssis ikinci pilləyə "Barselona"nın hücumçusu Lionel Messini layiq gördüyünü söyləyib. Terim üçün dünyanın ən yaxşı üçüncü futbolçusu isə "Bavariya"dan Aryen Robbendir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner