Mourinyo: "Ona ehtiyacımız var"

Mourinyo: "Ona ehtiyacımız var"
XƏBƏR 14 Dekabr 2013 / 11:08 3164
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolçusu David Luizin komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, braziliyalı oyunçunun hem bir yerə getməyəcəyini deyib: "Hər şey çox aydındır. David bizim futbolçumuzdur və burada xoşbəxtdir. Ona ehtiyacımız var. Bu səbəbdən Luizi satmayacağıq".

Qeyd edək ki, müdafiəçi ilə "Barselona"nın maraqlandığı iddia edilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner