Fariz Məmmədov Matias Pelkə məğlub oldu (YENİLƏNİB)

Fariz Məmmədov Matias Pelkə məğlub oldu (YENİLƏNİB)
XƏBƏR 15 Dekabr 2013 / 00:52 4983
-  A +

Bu gün Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda döyüş keçirib.

Qol.Az-ın məlumatına görə, boksçumuz IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşıb.

Pelk indiyədək keçirdiyi 20 döyüşün hamısını qələbə ilə başa vurub, bunlardan 11-də nokaut qeydə alınıb. Məmmədov isə 16 döyüşdən 14-də qalib gəlib, 1-də uduzub, 1 görüşdə isə heç-heçə qeydə alınıb. 

Bakı vaxtı ilə saat 00:15-də başlayan döyüşün ilk raundu Farizin üstünlüyü ilə keçib. Sonrakı raundlarda da boksçumuzun fəallığı nəzərə çarpıb. Lakin 8-ci raundda döyüşü davam etdirə bilməyən F.Məmmədov məğlubiyyətlə barışıb.

Xatırladaq ki, yeddi illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan F.Məmmədov son bir il yarımda keçiridiyi üç döyüşün hamısını qələbə ilə başa vurub.





Son xəbərlər
topaz banner