ABŞ millisi baş məşqçisi ilə müqavilə yenilədi

ABŞ millisi baş məşqçisi ilə müqavilə yenilədi
XƏBƏR 13 Dekabr 2013 / 16:20 1479
-  A +

ABŞ Futbol Federasiyası (AFF) millinin baş məşqçisi Yurgen Klinsmanla müqaviləni yeniləyib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə federasiyasının prezidenti Sunil Qulati açıqlamasında deyib.

Bildirib ki, alman mütəxəssislə sözləşmənin müddəti 4 illik uzadılıb: "Klinsman ötən iki il ərzində komandada çox böyük işlər gördü. Biz də bu uğurun davam etməsini istəyirik".

Qeyd edək ki, ABŞ millisi Klinsmanla 27 qalibiyət, 10 bərabərlik və 7 məğlubiyyətlə tarixinin ən uğurlu dönəmlərindən birini yaşayıb.

Son xəbərlər
topaz banner