"Marakana" stadionu su altında qaldı

"Marakana" stadionu su altında qaldı
XƏBƏR 13 Dekabr 2013 / 15:56 2552
-  A +

2014-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Braziliyanın "Marakana" stadionu sular altında qalıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 1950-ci ildə inşa edilən və qısa müddət əvvəl yenilənən stadiona güclü yağış yağıb.

Bunun nəticəsində dünya çempionatının final matçının baş tutacağı  "Marakana" stadionuna maddi ziyan dəyib.

Qeyd edək ki, "DÇ-2014"ün final oyunu iyulun 13-ü keçiriləcək.

 


Son xəbərlər
topaz banner