"Qalatasaray"lı futbolçular "Mançester Yunayted"i istəyir

"Qalatasaray"lı futbolçular "Mançester Yunayted"i istəyir
XƏBƏR 13 Dekabr 2013 / 15:34 3447
-  A +

Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"u məğlub edərək növbəti mərhələyə yüksələn "Qalatasaray"lı futbolçuların 1/8 finalda hansı klubla qarşılaşmaq istədiyi məlum olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisinin oyunçularının çoxu püşkatmada "Mançester Yunayted"lə düşmək istəyir.

"Bavariya" isə "Qalatasaray"lı futbolçuların qarşılaşmaq istəmədikləri ilk komandadır.



"Qalatasaray"dan kim hansı komandanı istəyir?

Didye Droqba: "Mançester Yunayted"
Uesli Sneyder: "Mançester Yunayted"
Burak Yılmaz: "Mançester Yunayted"
Fernando Muslera: "Mançester Yunayted"
Emmanuel Ebue: PSJ
Şedju: "Borussiya" (Dortmund)
Albert Riera: "Atletiko" (Madrid)

Qeyd edək ki, ÇL-in 1 /8 finalının püşkü dekabrın 16-ə atılacaq.

Son xəbərlər
topaz banner