"Qəbələ" sabah Bakıya gəlir

"Qəbələ" sabah Bakıya gəlir
XƏBƏR 12 Dekabr 2013 / 17:56 1365
-  A +

Premyer Liqanın XVII turu çərçivəsində keçiriləcək "Neftçi"-"Qəbələ" oyununun hazırlıqlarını doğma məkanda davam etdirən "qırmızı-qaralar"ın planında dəyişiklik edilib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxta matçdan bir gün öncə - dekabrın 14-ü yola düşməyi planlaşdıran Yuri Syominin komandası qarlı hava şəraiti ilə bağlı Bakıya daha tez yollanacaq.

Kollektiv Qəbələdə son məşqinə sabah günün birinci yarısında çıxacaq. Günün ikinci yarısında isə komanda Bakıya üz tutacaq. "Qırmızı-qaralar" matç öncəsi son məşqi dekabrın 14-də, saat 18:00-da paytaxtda - oyunun keçiriləcəyi 8-ci km qəsəbə stadionunda baş tutacaq.

Xatırladaq ki, "Neftçi" - "Qəbələ" qarşılaşması dekabrın 15-də, saat 18:00-da start götürəcək. Görüş "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Son xəbərlər
topaz banner