Riberidən İbrahimoviçə dəstək

Riberidən İbrahimoviçə dəstək
XƏBƏR 11 Dekabr 2013 / 19:01 2331
-  A +

Bu il "Qızıl top" mükafatına namizəd üç futbolçudan biri olan Frank Riberi maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, fransız futbolçu PSJ klubunun hücumçusu Zlatan İbrahimvoçin mükafatın ilk 3 namizəd sırasına düşə bilməməsinə təəssüfləndiyini bildirib:   
 
"İlk üç namizəd arasında olduğum üçün çox şadam. Özümlə, klubumla və ailəmlə qürur duyuram. İbrahimoviçin namizədlər sırasına düşə bilməməsinə çox təəssüfləndim. Çünki o da ötən mövsüm PSJ forması ilə əla oyun sərgiləmişdi". 

Qeyd edək ki, bu il "Qızıl top" mükafatı uğrunda Frank Riberi, Kriştiano Ronaldo və Lionel Messi mübarizə aparacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner