Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qalatasaray" - "Yuventus" matçında qar yağmasının ardından oyun təxirə salınmışdı.
Qol.Az-ın məlumatına görə, baş verənlər ən çox bilet alıb qarşılaşmanı izləməyə gələn azarkeşləri narahat edirdi.
Həmin azarkeşlərin bugün baş tutacaq matçı izləyib-izləməyəcəyi ilə bağlı Türkiyə mətbuatına açıqlama verən "Qalatasaray"ın mətbuat xidmətinin rəhbəri Şükrü Ergin deyib:
"Azarkeşlərimiz cırılımış biletlərlə belə stadiona girə biləcəklər. Ancaq biletlərini tullayanlara çox təəssüf ki, bu şans verilməyəcək. Çünki biletlərin üzərinə onların matçın sonuna qədər saxlanılması yazıb".
Bu açıqlamanın ardından biletlərini atan "Cim Bom"lu azarkeşlər onu tapmaq üçün zibil qutularını belə axtarmağa başlayıb.
Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı bu gün, Bakı vaxtı ilə saat 17:00-da qaldığı yerdən davam edəcək.
Rodri əməliyyat olunacaq
"Qarabağ"ın potensial rəqiblərinin oyununda darmadağın
Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”
Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurdu - Video
"Qarabağ" - SSKA oyunu heç-heçə yekunlaşdı
"Zirə" "Payde"yə uduzdu
"Milan"ın Modriç qərarı - Rəsmi
"Liverpul"la yeni müqavilə imzaladı
Qvardiolanın təyinatına maaş əngəli
Qurban Qurbanov onu bağışladı
"Payde" - "Zirə": Heyətlər açıqlandı
“Qarabağ” SSKA ilə oyuna bu heyətlə çıxır
"Çelsi"nin hücumçusu "Aston Villa"da - Rəsmi
Azərbaycan millisinin heyəti açqlandı
Luis Enrike PSJ ilə yeni müqavilə imzaladı
"Brügge"dən "Arsenal"a
Azərbaycan Premyer Liqasında mövsümün tam təqvimi