Topaz Premyer Liqanın XVI turu 2 avtoqolla əlamətdar olub.
Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, arxada qalan 15 turun 75 qarşılaşmasında 3 futbolçu öz qapısına qol vurmuşdusa, bu dəfə 2 oyun günündə eyni sayda avtoqol qeydə alındı.
Mövsümün 4-cü, turun ilk uğursuzu Amit Quluzadə oldu. “Qəbələ”li futbolçu “Simurq”la ev oyununda öz qapısına qol vurdu. Növbəti belə hadisə isə yenə Sumqayıtda qeydə alındı. Mövsümün ilk 2 avtoqoluna ev sahibliyi edən arenada bu dəfə meydan sahibləri sevindi. “Bakı”nın legioneri Mario Alvarez öz qapısına qol vurdu.
Xatırladaq ki, mövsümün ilk 2 avtoqolu “Sumqayıt”ın ev oyunlarında meydan sahibləri tərəfindən gerçəkləşmişdi. Adil İbrahimov “İnter”lə, Anar Nəzirov “Qarabağ”la matçda belə uğursuzluq yaşamışdı. Digər uğursuz isə “Bakı” ilə matçda “Neftçi” azarkeşlərini üzən Erik Ramos olmuşdu.
Quluzadənin qolu milli çempionatlar tarixində 121-ci, Alvarezinki 122-ci avtoqol oldu. Hər 2 futbolçu Azərbaycan çempionatlarında ilk dəfə belə halla rastlaşdı. Klublara gəlincə isə “Bakı” 8-ci, “Qəbələ” 2-ci dəfə rəqibi üçün qol vurdu. “Simurq” 6-cı, “Sumqayıt” isə ilk dəfə rəqib qolundan yararlandı.
Alvarez legionerlərin 36-cı avtoqolunun müəllifi oldu. “Bakı”nın legioneri həm də buna üzülən 2-ci ispaniyalıdır. Mariodan əvvəl Xuan Fransisko (AZAL) bu il fevralın 16-da, məhz “Bakı” ilə oyunda qapısına qol vurmuşdu
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır