"Çox çətin oyun olacaq. Rəqibimiz son matçlarda qol buraxmayıb. Məqsədimiz qapımızda qol görmədən qələbə qazanmaqdır. Çünki növbəti mərhələyə keçməyimiz üçün qalib gəlmək əsas şərtdir. Azarkeşlərin dəstəyinə sona qədər ehtiyacımız var".
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la matçöncəsi keçirilən mətbuat konfransında deyib.
Futbolda hər şeyin ola biləcəyini vurğulayan təcrübəli mütəxəssis Avropa Liqasına vəsiqə qazanmağın da onlar üçün pis nəticə olmayacağını bildirib: "Futbol mübarizə oyunudur. ÇL-də yolumuza davam etmək istəyirik. Ancaq alınmasa, Avropa Liqasına gedə bilərik".
Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı sabah baş tutacaq. İstanbul klubu bu görüşdə qələbə qazanarsa qrup mərhələsini ikinci olaraq tamamlayacaq.
Rodri əməliyyat olunacaq
"Qarabağ"ın potensial rəqiblərinin oyununda darmadağın
Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”
Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurdu - Video
"Qarabağ" - SSKA oyunu heç-heçə yekunlaşdı
"Zirə" "Payde"yə uduzdu
"Milan"ın Modriç qərarı - Rəsmi
"Liverpul"la yeni müqavilə imzaladı
Qvardiolanın təyinatına maaş əngəli
Qurban Qurbanov onu bağışladı
"Payde" - "Zirə": Heyətlər açıqlandı
“Qarabağ” SSKA ilə oyuna bu heyətlə çıxır
"Çelsi"nin hücumçusu "Aston Villa"da - Rəsmi
Azərbaycan millisinin heyəti açqlandı
Luis Enrike PSJ ilə yeni müqavilə imzaladı