Droqba və Ebue Mandelaya görə cəzalana bilər

Droqba və Ebue Mandelaya görə cəzalana bilər
XƏBƏR 9 Dekabr 2013 / 10:09 2102
-  A +

Türkiyə super liqasının 14-cü həftəsində "Qalatasaray"la "Elazığspor" arasında keçirilən oyundan sonra  sarı-qırmızıların oyunçuları Drogba və Ebue formalarının altından  geyindikləri Mandelaya həsr edilən yazılı  tişörtlə bağlı "icazə almadıqları" üçün ölkənin Peşəkar Futbol Qurumunun nizam–intizam komitəsinə sövq edilib.
 
Lent.az-ın "CNNTürk"ə istinadən məlumatına görə, afrikalı bu oyunçular Nelson Mandelanın vəfatını yad etmək məqsədi belə forma geyiniblər.
 
Droqbanın tişörtündə «Təşəkkürlər Mandela!» ("Thank you Madiba"),Ebuenin fomasında isə "Hüzur içində yat, Mandela!" ("Rest in Peace Nelson Mandela") yazılıb.
 
Oyundan sonra futbolkanın çıxardıb, şüarlar yazılan formanı stadiona toplaşanlara nümayiş etdiriblər. Onların bu hərəkətini tamaşaçılar alqışlayıb.

Daha çox


Son xəbərlər