Pantiç: "Bəxt bizim tərəfdə idi"

Pantiç: "Bəxt bizim tərəfdə idi"
XƏBƏR 9 Dekabr 2013 / 00:01 1732
-  A +

“Bugünkü oyunda qələbə qazandıq, lakin meydançanın vəziyyəti yaxşı deyildi. Bu cür hava şəraitində də oynamaq çətindir".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Sumqayıt"la oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis sözlərinə belə davam edib: "Bəxt bu gün bizim tərəfimizdə idi. İlk hissədə külək rəqib qapısına əsirdi, lakin bundan tam yararlana blmədik. İkinci hissədə isə bizə daha çətin oldu. Bir daha yetirmələrimi qələbə ilə təbrik edirəm. Heyətimizdə iki sumqayıtlı oyunçu var. Elxan Əhmədov və Vüqar Bəybalayev üçün çətin olsa da, uğurlu çıxış etdilər”. 

Daha çox


Son xəbərlər