"Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov "Lans" və "Atletiko" əməkdaşlığından, Fransadakı erməni lobbisinin mətbuatda yaydığı yalan informasiyalardan danışıb.
- Yaxın günlərdə siz Fransaya səfər etmişdiniz. "Bakı"nın "Lans"la əməkdaşlığı barədə danışmağınızı istərdik...
- Bizi Fransada yüksək səviyyədə qarşıladılar. Orada olduğumuz müddətdə növbəti dəfə erməni lobbisinin Fransada yüksək səviyyədə təşkilatlandığını gördük. "Bakı" klubunun "Lans"la əməkdaşlığı ölkəmiz haqda həqiqətlərin dünyaya çatdırılmasına kömək olacaq, eyni zamanda Azərbaycan futbolunun inkişafına təkan olacaq. Fransadakı ermənilər ölkəmizin bu uğurunu həzm edə bilmir. Onlar müxtəlif yollarla "Lans"la əməkdaşlığın alınmaması üçün çalışdı və istəklərinə nail ola bilmədi. Bu gün Azərbaycan bayrağı Fransada dalğalanır. "Lans"ın stadionunda ən yüksək nöqtədə dövlət bayrağımızın olması onları daha da hirsləndirib. Türklərə qarşı düşmən mövqedə olan erməni lobbisi "Bakı" klubunun və Azərbaycanın uğurunu qəbul etmək istəmir. Türk dünyasına qarşı münasibətləri qondarma "erməni soyqırımı" məsələsində də özünü göstərmişdi. Bu gün "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun sayəsində "Lans"ın stadionunda bayrağımız dalğalanır, futbolçular meydana üzərində "Bakı-2015" yazılan formalarda çıxır. Hafiz Məmmədovun məqsədi ölkəmiz haqda həqiqətləri Fransaya çatdırmaq, futbolumuzun inkişafına təkan verməkdi. Fransada bizim haqqımızda çox xoş sözlər deyilir. Onlar Azərbaycanın inkişaf etdiyini bilir və buna sevinir.
- Əgər məsələ siz dediyiniz kimidirsə, mediada bəzi yazıları nə ilə əlaqələndirirsiniz?
- Fransada olduğumuz müddətdə ermənilərin Hafiz Məmmədova və onun layihəsinə qarşı imzatoplama kampaniyasına başladığını öyrəndik. Onlar istənilən yolla qərəzli yazılarla bizə qarşı münasibəti dəyişmək istəyik. Amma onlar bunu bacarmayacaq. Ermənilər özlərinə yaxın mediada yalan məlumatlar yazırlar. Onları anlamaq mümkündü. Yalnız mən bizdə bəzi KİV-də yazılanları başa düşmürəm. Axı biz Azərbaycan futboluna dəstək olmaq istəyirik. Belə çıxır ki, bəzi insanlar Azərbaycan futbolunun inkişafını istəmirlər, buna görə də həqiqəti yazmırlar. Bu gün "Atletiko" ilə əməkdaşlıq sayəsində 5 futbolçumuz ora yollanıb. İl ərzində onlarla futbolçumuz həm Fransa, həm da İspaniyada təlim-məşqdə iştirak edəcək. Hər il bu sayda futbolçunun hazırlaşması gələcəkdə Azərbaycan yığmasının güclənməsinə səbəb olacaq. Unutmayaq ki, Qarabağın işğalı məhz Fransada keçirilən iclasda planlaşdırılmışdı. 1988-ci ildə “İnternasional” otelindəki toplantıda Zori Balayan bizim ərazinin onların torpağı olması kimi yalan xarakterli bəyanat vermişdi. Bu, artıq ermənilərin Fransada necə təşkilatlandığını göstərir. Hafiz Məmmədovun sayəsində bu gün Fransadakı ermənilər də həqiqəti görür. Azərbaycanımızı sevməyən insanlar bu möhtəşəm layihənin uğuruna sevinmirlər. "Atletiko" və "Lans"la əməkdaşlıqda əsas vəzifə ölkəmiz haqda həqiqi informasiyanın dünyaya çatdırılması və təbliğidir. Bu gün hər iki komandanın futbolçuları üzərində “Bakı-2015” yazılan formalarda meydana çıxır. Bütün dünya bizim Avropa Oyunlarına hazırlaşdığımızı görür. Ona görə düşmənlər istəklərinə çatmayacaq.
- "Lans"dakı hazırlıqdan sonra hansı işlər aparılacaq?
- Daha bir neçə futbolçu Fransaya yollanmağa hazırlaşır. Madir Mədətov, Valeh Seyidov, Vüqar Mustafayev, Nicat Ələsgərov və Ülvü Süleymanov əsas komandayla birgə məşq edəcək. Sonra əsas komandada meydana çıxacaq. Çoxları üçün bu real görünmürdü. Amma gənc futbolçularımız Fransa 1-ci liqasında mübarizə aparacaq. Onlar Azərbaycanı təmsil edəcəklər. Eyni zamanda gələcək üçün böyük təcrübə qazanacaqlar. Sirr deyil ki, ölkəmizdə yeniyetmə futbolçularda inkişaf 17-18 yaşa qədər davam edir. Sonra irəliləyiş olmur. Fransadakı hazırlıq onlar üçün yeni mərhələ açacaq. Hafiz Məmmədov uşaqların Avropa səviyyəli futbolçu olması üçün çalışır. Yalnız bu halda yığmamız güclənəcək. Biz hamımız bu uğura sevinməliyik.
- “Bakı”nın "Atletiko" və "Lans"la yoldaşlıq görüşü gözlənilirmi?
- Bu barədə müzakirələr aparılır. Uyğun olan zaman belə oyunlar keçiriləcək. Hafiz Məmmədovun təklifiylə 2014-cü ildə paytaxtımızda 19 yaşlılar arasında beynəlxalq turnir keçirmək istəyirik. Bu işdə AFFA-ya da müraciət edəcəyik. Federasiyamızın dəstəyi olmadan heç bir layihə mümkün deyil. Ümid edirəm ki, AFFA-nın dəstəyi ilə gözəl turnir olacaq. Orada "Atletiko", "Lans", "Bakı" iştirak edəcək. Azərbaycanda daha bir ya iki komandanın dəvət olunacağı gözlənilir. Yayda baş tutacaq turnirlə bağlı müzakirələr başa çatandan sonra daha geniş məlumat vermək mümkün olacaq.
Mənbə: azerisport.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır