"Arsenal" Vengerlə yeni müqavilə imzalayacaq

"Arsenal" Vengerlə yeni müqavilə imzalayacaq
XƏBƏR 7 Dekabr 2013 / 16:09 1997
-  A +

“Arsenal” baş məşqçisi Arsen Vengerlə müqaviləni uzatmaq barədə razılığa gəlib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssislə qarşıdakı vaxtlarda üç illik rəsmi müqavilə imzalanacaq.

Yeni sözləşməyə əsasən A.Venger illik 8 milyon avro qazanacaq. Bununla da o, düyanın ən çox qazanan baş məşqçiləri arasındakı yerini  qoruyacaq.

Qeyd edək ki, A.Vengerin London klubu ilə müqaviləsi mövsümün sonu başa çatır.


Son xəbərlər
topaz banner