Lui Van Qal: "Qrupdan çıxsaq belə..."

Lui Van Qal: "Qrupdan çıxsaq belə..."
XƏBƏR 7 Dekabr 2013 / 11:58 2311
-  A +

Hollandiya millisinin baş məşqçisi Luis Van Qal "DÇ-2014"ün püşkünü dəyərləndirib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, o, çox pis bir qrupa düşdüklərini bildirib:

"Son çempionla eyni qrupdayıq. Avstraliya ilə oyunumuz alınmır. Çili də çətin bir rəqibdir. İşimiz çox çətindir. Üstəlik qrupdan çıxsaq belə, sonradan Braziliya ilə düşmə ehtimalımız var. Hər mərhələdə çətin sınaqlar bizi gözləyir".

Qeyd edək ki, Hollandiya dünya çempionatının B qrupunda İspaniya, Çili, Avstraliya ilə qarşılaşacaq.

 


Son xəbərlər
topaz banner