"Barselona"nın Qvardiolanın komandası ilə müqayisə olunması ədalətsizlikdir"

"Barselona"nın Qvardiolanın komandası ilə müqayisə olunması ədalətsizlikdir"
XƏBƏR 6 Dekabr 2013 / 18:09 2960
-  A +

"Barselona" klubunun müdafiəçisi Daniel Alveş komandasının hazırki durumu haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu "Barselona"nın Pep Qvardiolanın komandası ilə müqayisə olunmasının düzgün olmadığını bildirib:

"Qvardiolanın gedişindən sonra komandanın oyununda elə də böyük dəyişiklik olmadı. Komandada hər şey qaydasındadır. Çoxları "Barselona"nın Qvardiolanın komandası ilə müqayisə etməyi xoşlayır. Ancaq bu düzgün deyil, ədalətsizlikdir. İllər bir-birini əvəzləyir, müxtəlif məşqçilər gəlir və gedir. Heç kəsin şübhəsi olmasın ki, biz indi daha güclüyük".


Son xəbərlər
topaz banner