Lənkəran stadionuna bomba qoyulması xəbəri yayıldı

Lənkəran stadionuna bomba qoyulması xəbəri yayıldı
XƏBƏR 6 Dekabr 2013 / 16:17 3087
-  A +

Azərbaycanda stadiona bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 5-də saat 17.57-də Lənkəran şəhərində yaşayan və özünü təqdim etməyən şəxs DİN-in «102» Zəng Mərkəzinə telefon açaraq “stadiona bomba qoyulub, partlayacaq” deyərək dəstəyi asıb.

Dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Araşdırmalarla yalan məlumatın Lənkəran şəhər sakini Alim Novruzov tərəfindən verilməsi müəyyən edilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner