Ronaldo dünya çempionatında qarşılaşmaq istəmədiyi komandaların adlarını açıqladı

Ronaldo dünya çempionatında qarşılaşmaq istəmədiyi komandaların adlarını açıqladı
XƏBƏR 5 Dekabr 2013 / 19:00 4501
-  A +

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo "DÇ-2014"ün püşkatmasında qarşılaşmaq istəmədiyi yığmaların adını açıqlayıb.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçu bu turnirin favoriti hesab etdiyi - Braziliya, İspaniya və Almaniya ilə düşmək istəmədiyini deyib:

"Püşkatma ilə kimlərlə eyni qrupda qarşılaşacağımız dəqiqləşəcək. Yaxşı vəziyyətdəyik və özümüzə inanırıq. Braziliyada oynamaq hüququ əldə etdik. Ümid edirəm ki, turnirin əvvəlində güclü komandalarla qarşılaşmarıq".

Qeyd edək ki, "DÇ-2014"ün püşkü sabah, Bakı vaxtı ilə saat 20:00-da atılacaq.

Daha çox


Son xəbərlər