Çempionlar Liqasında qrup mərhələsinin başa çatmasına bir tur qalmış daha iki klub növbəti mərhələyə adını yazdırıb.
Qol.Az-ın məlumatına görə, dünən səfərdə "Bayer" (Leverkuzen) klubunu 5:0 hesabı ilə məğlub edən "Mançester Yunayted" və "Olimpiakos"a 2:1 hesabı ilə qalib gələn PSJ klubları "pley-off"a vəsiqəni təmin edib.
Buna qədər isə "Barselona", "Atletiko" (Madrid), "Bavariya", "Mançester Siti", "Real" (Madrid) və "Çelsi" klubları 1/8 finala yüksəlmişdi.
Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Qalatasaray" klubu dünən "Real"a 1:4 hesabı ilə məğlub olmasına baxmayaraq, növbəti mərhələ şansını hələ də saxlayır. Bunun üçün İstanbul təmsilçisi son turda doğma azarkeşləri önündə "Yuventus"a mütləq qalib gəlməlidir. Əks təqdirdə "Cim Bom" ÇL-də mübarizəni dayandırmalı olacaq.
"Qalatasaray"ın hətta Avropa Liqasından kənarda qalmaq ehtimalı da var. Belə ki, Roberto Mançininin komandası son turda "Yuventus"a məğlub olarsa və "Kopenhagen" "Real"dan bir xal qopara bilərsə, o zaman Avroliqada mübarizəni Danirmarka təmsilçisi davam etdirəcək.
Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanan digər 8 komandanın adına isə son turda aydınlıq gələcək. A qrupunda əsas mübarizə "Şaxtyor" (Donetsk) və "Bayer" (Leverkuzen) klubları arasında gedəcək. B qrupunda hər üç komandanın - "Yuventus", "Qalatasaray" və "Kopenhagen"in növbəti mərhələ şansları qalır. C qrupunda "Olimpiakos" və "Benfika" klubları 1/8 final mərhələsinə yüksəlmək uğrunda yarışacaqlar.
D qrupunda isə həm "Bavariya", həm də "Mançester Siti" klubları artıq 1/8 finala vəsiqəni təmin ediblər. E qrupunda növbəti vəsiqənin sahibinə son turda keçiriləcək "Şalke" - "Bazel" matçından sonra aydınlıq gələcək. F qrupunda mübarizə əsasən "Arsenal", "Borussiya" (Dortmund) və "Napoli" klubları arasında gedəcək.
G qrupunda keçiriləcək son turun oyunlarından sonra ikinci pillənin sahibi müəyyənləşəcək. Bu qrupda həm "Porto", həm də "Zenit"in 1/8 finala vəsiqə qazanmaq şansı var. Nəhayət H qrupunun mərkəzi görüşü Milanda baş tutacaq. Burada keçiriləcək "Milan" - "Ayaks" matçından sonra 1/8 finala vəsiqə qazanacaq ikinci komandanın adı bəlli olacaq. Bu oyunda "Milan"ı bir xal da qane edəcək.
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları dekabrın 10 və 11-də keçiriləcək.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi