2013-cü ilin ən yaxşı 10 qolu müəyyənləşdi

2013-cü ilin ən yaxşı 10 qolu müəyyənləşdi
DÜNYA FUTBOLU 11 Noyabr 2013 / 18:09 4075
-  A +

FİFA 2013-cü ilin ən gözəl qoluna 10 namizədin siyahısını açıqlayıb.

Qol.Az-ın FİFA-nın saytına istinadən verdiyi məlumata görə, builki namizədlər sırasında Neymarın Braziliya millisinin heyətində Yaponiyanın qapısına vurduğu qol və İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviçin İngiltərə ilə matçda fərqləndiyi qol da yer alıb.

2013-ci ilin ən yaxşı qolu mükafatına namizədlər arasında qadın futbolçular da var. Belə ki, "Lion"un oyunçusu Luize Necib və avstriyalı Lize De Vanna da ən yaxşılar sırasına düşməyi bacarıblar.





Ümumilikdə bu ilin ən yaxşı qoluna namizədlər bunlardır:

1. Peter Ankersen: "Esbyerq" - "Orhus"

2.
Lize De Vanna: "Skay Blu" - "Boston"

3.
Antonio Di Natale: "Udineze" - "Kyevo"

4.
Zlatan İbrahimoviç: İsveç - İngiltərə

5.
Panayotus Kone: "Napoli" - "Boloniya"

6.
Daniel Luduena: "Paçuka" - "Tiqres"

7.
Nemanya Matiç: "Benfika" - "Porto"

8.
Luize Neçib: "Lion" - "Sent-Etyen"

9.
Neymar: Braziliya - Yaponiya

10.
Xuan Manuel Olveyra: "Nautiko" - "Sport Resifi"

Qeyd edək ki, FİFA və "France Football" dərgisinin rəsmi internet səhifəsindən aparılan səsvermə 9 dekabra qədər davam edəcək. Bundan sonra namizədlərin sayı üçə enəcək. Qalibin adı isə yanvarın 13-də açıqlanacaq.

Xatırladaq ki,  ötən il bu mükafatı Slovakiya millisinin üzvü Miroslav Stok qazanmışdı.

Son xəbərlər