Ərsun Yanal "Qalatasaray"la oyunda olacaqmı?

Ərsun Yanal "Qalatasaray"la oyunda olacaqmı?
DÜNYA FUTBOLU 9 Noyabr 2013 / 11:40 2239
-  A +

"Fənərbaxça" klubunun baş məşqçisi Ərsun Yanal sabah Türkiyə Superliqasında "Qalatasaray"la matçda komandasının başında olacaq.

Qol.Az-ın məlumatına görə, dünən həkimlərin məsləhəti ilə ürəyinə stend aparatı qoyulan çalışdırıcının hazırki durumu yaxşıdır.
 
Ə.Yanalın həkimi Sərvət Öztürk jurnalistlərə açıqlamasında deyib ki, baş məşqçi bu gün evə buraxılacaq: "Bundan sonra o, istədiyi kimi çalışmağa davam edə bilər. Bazar günü matça getməsinə icazə verəcəyik. Hazırda özünü o, çox yaxşı hiss edir".

Qeyd edək ki, klubun prezidenti Əziz Yıldırım da dünən xəstəxanaya gedərək baş məşqçilərini ziyarət edib. O da çalışdırıcının "Qalatasaray"la matçda iştirak edəcəyini təsdiqləyib.

Əlavə edək ki, "Fənərbaxça" - "Qalatasaray" oyunu sabah, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər