ABŞ-ın məşhur idman portallarından olan "Bleacher Report" cərimə zərbələrindən qol vuran ən yaxşı 5 futbolçunu müəyyənləşdirib.
Qol.Az-ın məlumatına görə, rəqib qapıçıları daim təhlükədə saxlayan futbolçuların siyahısına Braziliya futbolunun canlı əfsanələrindən olan Juninyo başçılıq edir.
Juninyo ötən mövsüm vurduğu 5 qolla bütün rəqiblərini qabaqlayıb. “Yuventus” klubu və İtaliya millisinin aparıcı futbolçularından olan Andrea Pirlo siyahıda ikinci olub. Ötən mövsüm cərimə zərbələrindən 5 dəfə fərqlənən təcrübəli futbolçu yalnız məsafənin uzaq olması baxımından Juninyoya uduzub.
Üçüncü pillədə “Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Portuqaliyalı futbolçunun 49 zərbəsindən 4-ü uğurlu alınıb. “Barselona”nın ulduzu Lionel Messi isə 3 qolla dördüncü pilləyə sahib çıxıb.
Juninyo zirvədə
Cərimə zərbələrinin professoru braziliyalı Juninyo yaşının çox olmasına baxmayaraq ölkəsində qollarına davam edir. "Vasko da Qama"da çıxış edən 38 yaşlı yarımmüdafiəçi ötən mövsüm cərimə zərbəsindən 5 qol vurmağı bacarıb. Üstəlik cərimə zərbələrindəki dəqiqlik və məsafənin uzaqlığı nəzərə alınaraq Juninyo siyahıda bütün rəqiblərini qabaqlayıb.
Zirvənin şəriki Andrea Pirlo
"Yuventus"un və İtaliya millisinin futbolçusu Andrea Pirlo cərimə zərbələrinin mahir ustası kimi tanınır. O topun arxasına keçməklə azarkeşləri və rəqib qapıçıları həyəcanlandırmağı bacaran nadir futbolçular arasında göstərilir. Ötən mövsüm cərimə zərbəsindən 5 qol vuran Pirlo standart vəziyyətlərdən maksimum yararlanan Avropanın ən yaxşı oyunçuları arasında yer alıb. Təcrübəli futbolçu FİFA Konfederasiyalar kubokundakı 100-cü milli matçında cərimə zərbəsindən Meksikanın qapısına mükəmməl qol vurmuşdu.
Kriştiano Ronaldo ilk "3"lükdə
"Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo ötən mövsüm La Liqada cərimə zərbəsindən ən çox yararlanan futbolçu olub. Belə ki, Ronaldonun 49 zərbəsindən 4-ü uğurlu alınıb. Sərt və dəqiq cərimə zərbələri ilə tanınan ulduz futbolçu həlledici dəqiqələrdə vurduğu belə qollar sayəsində komandasına vacib xallar qazandırıb.
Messi Ronaldoya yaxınlaşdı
Son zamanlarda cərimə zərbələri üzərində işləyən "Barselona"nın super ulduzu Lionel Messinin ötən mövsüm La Liqada standart vəziyyətdən vurduğu 48 zərbənin 3 qolla nəticələnib. Argentinalı futbolçu "DÇ-2014"ün seçmə mərhələsində Paraqvayla keçirilən oyunda da cərimə zərbəsindən fərqlənmişdi.
Françesko Lodi ən yaxşılar sırasında
Siyahının beşinci sırasında "Genua"nın yarımmüdafiəçisi Françesko Lodi yer alır. 29 yaşındaki italiyalı oyunçu, ötən mövsüm cərimə zərbəsindən 5 qol vurarkən, Pirlo ilə birgə standart vəziyyətlərdən maksimum yararlanan Avropanın ən yaxşı oyunçuları sırasına adını yazdırıb. Bir dönəm İtaliya milli komandasının da formasını geyinən Lodinin vurduğu 30 cərimə zərbələrinin 16.7 faizi qolla nəticələnərkən, 50 faizi qapıya ünvanlanıb.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi