İngiltərə kuboku: "Çelsi" "Arsenal"a qalib gəldi

İngiltərə kuboku: "Çelsi" "Arsenal"a qalib gəldi
DÜNYA FUTBOLU 30 Oktyabr 2013 / 02:35 3950
-  A +

Futbol üzrə İngiltərə kubokunda IV tura start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günüdə beş qarşılaşma başa tutub.


"Vest Hem" səfərdə "Burnley"in qonağı olub və 2:0 hesablı qələbə qazanıb.

"Mançest Yunayted" doğma meydanda "Norviçi"i darmadağın edib - 4:0.

"Stok Siti" səfərdə "Birmingem"in qonağı olub. Oyunun əsas və əlavə vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan qonaqlar növbəti mərhələyə adlayıb.

"Leiçester" - "Fulhem" oyununda meydan sahibləri növbəti qələbə qazanıb - 4:3.

Günün ən maraqlı qarşılaşması isə Londonda baş tutub. Burada paytaxtın iki komandası - "Arsenal" və "Çelsi" üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 
29 oktyabr

İngiltərə liqa kuboku, IV turun oyunları

"Burnley" - "Vest Hem" - 0:2
Qollar:
Taylor, 76 (0:1), Kollison, 90 (0:2)

"Mançester Yunayted" - "Norviç" - 4:0
Qollar:
Hernandez, 20 (1:0), 54 (2:0), Yones, 88 (3:0), Fabio, 90 (4:0)

"Birmungem" - "Stok Siti" - 4:4 (penaltilər seriyası - 6:8)

"Leiçester" -
"Fulhem" - 4:3

"Arsenal" - "Çelsi" - 0:2
Qollar:
Aspilikueta, 25 (0:1), Mata, 66 (0:2)
 

Son xəbərlər